27 iyun 2014 01:00

Hüseynpur: Gücümə və özümə inanıram

"İnter"in yeni transferlərindən biri də Mirzağa Hüseynpurdu. Azerisport.az xəbər verir ki, ötən mövsümü “Sumqayıt”ın heyətində keçirən yarımmüdafiəçi klub saytına müsahibəsində “İnter”ə keçidi barədə suallara cavab verib, yeni komandaya uyğunlaşmasından bəhs edib və Avstriya toplanışı haqqında danışıb.

- Öncə “İnter”ə keçidiniz barədə danışmağınızı xahiş edirik...
- Kaxaber Sxadadze kimi ixtisaslı məqşçinin mənə diqqət yetirməsi mənim üçün çox xoş idi. Demək olar bu təklifə həmən razılıq verdim. “İnter”ə keçidim də belə baş tutdu.

- Necə düşünürsüz, sizin hansı üstünlüyünüz “İnter”i cəld etdi ki, sizə təklif göndərdi?
- Ola bilər oyun tərzimə görə baş məşqçinin diqqətini cəlb etdim. “İnter”in sərgilədiyi oyun tərzi mənə xoş təsir bağışlayır. Məşqlərdə fəal şəkildə ötürmələr edirik və qaçırıq. Taktiki tapşırıqlar üzərində çox çalışırıq, bir sözlə, baş məşqçi bizdən taktiki savadlılığa və oyun tərzimizə riayət etməyimizi tələb edir.

- Demək olarmı ki, ötən mövsüm sizin üçün heç də pis alınmadı. “Sumqayıt” Premyer Liqada yerini saxladı, siz də Premyer Liqanın oyunlarında özünüzü yaxşı tərəfdən göstərə bildiz...
- Hesab edirəm ki, mövsüm mənim üçün yaxşı alındı, axı onun bitməsindən sonra “İnter”ə keçdim. Lakin etiraf etmək lazımdı ki, ötən mövsüm mənim üçün asan olmadı. Müəyyən problemlərim vardı, müəyyən anda mən getdim, ancaq yenidən qayıtdım və yalnız çempionatın sonu uğurlu alındı.

- “Sumqayıt”a qədər siz Rusiyada çıxış etmisiz. Karyeranıza orada başladınız və orada da bir neçə il çıxış etdiniz. Karyeranızın bu mərhələsi barədə danışmağınızı xahiş edirik.
- Mən futbol oynamağa Rostov vilayətində başlamışam. Sonra Gəlincikdə oynadım, daha sonra Olimpiya Ehtiyat Məktəbində keçdim və burada 1 il çıxış etdim. Bundan sonra Rostovun “XXI əsr” Uşaq Gənclər Futbol Məktəbində 5 il futbol oynadım, sonra “Rostov” klubunun əvəzedici heyətinə keçdim. Tezliklə toplanışa hazırlanan əsas komandaya dəvət etdilər, ancaq aldığım zədə komandaya qoşulmağa imkan vermədi. Zədədən sonra Novoçerkask şəhərinin “MİTOS” klubuna keçdim. Karyeramın Rusiyanın ikinci liqasında uğurlu alındığını deyə bilmərəm. Orada 2 il oynadım və sonra Azərbaycana gəldim.

- “İnter”də əsas heyət uğrunda böyük rəqabət var. Əsas yer uğrunda mübarizəyə hazırsızmı?
- Hətta daha az ambisiyalı komandada da əsas heyətdə yeri asanlıqla vermirlər. Əsas yerə layiq olduğunu həmişə təsdiqləmək lazımdı. Əgər buradayamsa, deməli, gücümə və özümə inanıram. Əsas heyət uğrunda mübarizəyə hazıram, çox çalışacam. Bizim çox güclü futbolçularımız və kimin oynayacağına da baş məşqçi qərar verəcək. Kaxaber Sxadadze çox güclü futbolçu olub və indi də o, futbol fəlsəfəsini məşqçi timsalında həyata keçirir. Təbii ki, kimin əsas heyətin tərkibində meydana çıxacağını o, daha yaxşı bilir.

- Artıq bir aydı “İnter”in heyətindəsiz. Yeni komandaya uyğunlaşmağınızın artıq başa çatdığını demək olarmı?
- Əlbəttə. Bizim çox güclü futbolçularımız var və onlar ilk növbədə çox yaxşı insanlardı. Komanda yoldaşlarım çox mehribandılar. Bəzilərini “Sumqayıt”da birlikdə çıxış etdiyimiz zaman tanıyırdım. “İnter”ə uyğunlamağım çox asan keçdi.

- Təlim-məşq toplanışının gedişi barədə nə deyə bilərsiz? Yükləmələrlə bacarmaq çətin deyil?
- Xeyr, çətin deyil, ona görə ki, hamı belə yükləmələrə hazırdı. Birinci toplanışda diqqət əsasən fiziki yükləmələrə yönəldilmişdi. Həmişə belə olur. Biz çox qaçırdıq və məşqlər çox intensiv olurdu, amma bizə bu toplanışı yaxşı keçirmək müyəssər oldu. Etiraf edim ki, hətta məzuniyyətdə olan zaman fərdi qaydada qaçırdım, trenajor zalında məşq edirdim.

- Sizə qədər 9 nömrəli köynəkdə nəinki “İnter”də oynamış, hətta indiyədək Azərbaycan Çempionatında mübarizə aparmış ən təcrübəli və tanınmış futbolçulardan biri Aleksandr İaşvili çıxış edirdi. Ümumiyyətlə, bu nömrədən komandaların bir qayda olaraq aparıcı futbolçuları istifadə edirlər. Bu amil sizə əlavə məsuliyyət aşılayırmı?
- 9 nömrəli formada oynamaq mənim üçün böyük şərəfdi, buna qədər həmin formada Aleksandr İaşvili kimi təcrübəli futbolçu çıxış etmişdi. İnşallah, mən bu nömrəyə uyğun gələrəm! Etiraf edim ki, bu nömrəni seçməzdən öncə soruşdum. 9 nömrə - böyük məsuliyyətdi. “İnter”ə kömək etmək və mənə göstərilən etimadı doğrultmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.