26 iyun 2014 00:45
Neftçidə ciddi itki
Azərbaycan kubokunun qalibi "Neftçi" Avropa Liqası öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın müdafiəçisi Denis Silva zədələnib.
O, Gürcüstanın "Çixura" klubu ilə yoxlama matçında sıradan çıxıb. Həkim müayinəsindən sonra braziliyalı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.
Qeyd edək ki, Silva böyük ehtimalla iyulun 17-də keçiriləcək ilk Avroliqa matçına kimi sıraya dönə bilməyəcək.
