26 iyun 2014 00:34
Kiyev Dinamosunun sabiq üzvü Azərbaycana gəlməkdən imtina edib
Futbol üzrə Ukrayna yığmasının və Kiyev "Dinamo"sunun sabiq müdafiəçisi Vladislav Vaşuk 2012-ci ildə Azərbaycan klubuna keçə bilərmiş. Azerisport.az xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında bildirib:
"Həmin dövrdə Azərbaycandan təklif vardı. Amma mən ora getməyə hazırlaşmırdım. Çünki bu, elə təklif olmalıydı ki, ondan imtina edə bilməyim".
