26 iyun 2014 00:23
Qəbələ Norveçdən vinger gətirir
"Qəbələ" Norveç çempionatında çıxış edən futbolçu ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək bölgə klubu Amin Askar ilə danışıq aparır.
"Brann"da çıxış edən bu futbolçu vingerdi. "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu bu futbolçunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, Somalidən olan Askarın 29 yaşı var. O, "Brann"dan öncə Norveçin "Moss" və "Fredrikstad" klublarında da çıxış edib.
