26 iyun 2014 12:09

Nazim Süleymanov: İlk mərhələni keçməyən klubumuzun çıxışı fiasko sayılacaq

Azərbaycan millisinin sabiq futbolçusu, "Neftçi"nin sabiq baş məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi

- Cari mövsüm avrokuboklarda komandalarımızın rəqiblərini necə dəyərləndirirsiz? İlk rəqibləri normal saymaq olar?
- İstənilən halda arxayınlaşmaq olmaz. Lakin püşkün üzümüzə güldüyünü demək olar. Normal rəqiblər düşüb. Sadəcə, öz oyunumuzu oynamalıyıq. Klublarımıza təzyiq etməyək. Onları arxayınlaşdırmayaq. Gərək yaxşı hazırlıq keçsinlər ki, mübarizədə qalib gəlsinlər. Rəqib zəif olsa belə, asan təslim olmayacaq. Hər bir komanda bəxtini sona qədər sınamaq istəyir.

- Azərbaycan çempionu "Qarabağ" üçün Malta təmsilçisini zəif rəqib hesab edənlər var...
- "Qarabağ" təcrübəli komandadı. Amma bu, o demək deyil ki, rahat qələbə qazanacaq. Müasir futbolda hər bir komanda mübarizə aparmağı bacarır. Əgər biz futbolçularımızı arxayınlaşdırsaq, deməli rəqibə kömək edəcəyik. Malta çempionu da futbol oynamağı bacarır. Biz onlardan güclü olduğumuzu eşidə bilərik, amma mübarizəsiz mərhələ adlamaq mümkün deyil.

- "İnter"in rəqibi Moldovanın "Tiraspol" klubu olacaq. Azərbaycan təmsilçiləri üçün Moldova klubları uğurlu rəqib sayılmır...
- Çünki, bəzən rəqibə yuxarıdan aşağı baxırıq. "Tiraspol" yetərincə yaxşı komandadı. Yaxşı futbolçuları var. Bizim "İnter"in dişinə görə olan rəqibdi. "İnter" imkan daxilində çox irəliləməyə çalışmalıdır. Azarkeşlər hər bir klubdan qələbə gözləyir. Ölkələr arasında reytinqimizi artırmaq lazımdı. "İnter"in yaxşı məşqçiləri var. İşin böyük hissəsini səfərdə həll etmək vacibdi.

- "Qəbələ" Bosniya təmsilçisinə qarşı matçda debüt edəcək...
- "Qəbələ" komandası üçün bir qədər çətin olacaq. Debütant olmaqla yanaşı heyətin əksər futbolçuları komandanı tərk etdi. Yeni məşqçi gəldi. Hər şey rəhbərliyin məqsədindən asılıdı. Komanda var ki, avrokuboklara vəsiqə qazanmaqla məqsədinə çatır. Sözdə mərhələ adlamaq istədiyini desə belə, əməldə buna riayət etmir. Hər bir sözü əməllə həyata keçirmək lazımdı. Klublarımızın nəticələrindən çox şey asılıdı.

- "Neftçi" mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Sloveniyanın "Koper" və ya Monteneqronun "Çelik" klublarından biri Bakıya gələcək...
- Fikrimcə, məşqçilərimiz rəqibi iş başında izləyəcək. Bundan sonra rəqibə hazırlaşmaq mümkün olacaq. "Neftçi"ni onlardan güclü sayıram. Əsas məqam oyuna hazırlıq olacaq. Püşk hər bir klubumuza normal rəqib qismət edib. Sadəcə, oynamaq lazımdı. Püşkdən gileylənməyə haqqımız yoxdu.
 
- Əgər klublardan kimsə ilk mübarizədə uduzsa, bunu fiasko adlandırmaq olar?
- Əgər həmin komanda avrokuboklara sadəcə, çıxış üçün yollanırdısa onda onlar üçün nəticə önəmli deyil. Əks halda fiasko demək olar. Azərbaycan futbolunun indiki vəziyyətində hər bir qələbə çox vacibdi. İlk oyunları udmalıyıq. İstəməzdim, klublarımız azarkeşlərin qanını qaraltsın. Bu, eyni zamanda çempionatımızın reytinqini yüksəldəcək.

- Siz Azərbaycan çempionatının səviyyəsindən razısız?
- Sizin suala cavabı avrokuboklar göstərəcək. 1-2 ay gözləyin, çempionatın səviyyəsi məlum olacaq. Əsl səviyyəni klublar Avropada göstərir. Bizim çempionatın gücünü 4 klubumuz göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.