26 iyun 2014 00:12
Böyükağa Hacıyev: Komandanın hazırlığından razıyam
Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən “Neftçi” üçüncü yoxlama oyununda Səudiyyə Ərəbistanının “Al Kadisiya” klubuna 3:1 hesabı ilə qalib gəlib. Azerisport.az xəbər verir ki, görüşdən sonra paytaxt klubunun baş məşqçisi Böyükağa Hacıyev də açıqlama verib:
"Rəqib tanımadığımız komanda, bizim üçün qapalı sandıq idi. Hesabda geri düşsək də, futbolçularımız 3 qol vura bildilər. Ümumiyyətlə, çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Bununla belə, komandanın hazırlığından razıyam. Əsas məqsədimiz iyulun 17-də keçiriləcək Avroliqadakı ilk oyunumuza hazırlıqdı və bu yöndə də işlərimiz gedir. Azarkeşlər bu mövsüm də “Neftçi”nin timsalında mübariz bir komanda görəcəklər”.
