26 iyun 2014 11:45
Spartakın baş məşqçisi: İnter güclü komandadı
Slovakiyanın "Spartak" (Trnava) klubunun baş məşqçisi Yuray Yarabek Bakı "İnter"inə qarşı keçirdikləri yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Yaxşı matç alındı. "İnter" güclü komandadı. Görüşün sonlarında oyunçuların hərəkətində həyəcan hiss olunurdu. Mən şadam ki, bu matçda nəyə ümid edib, nəyə ümid edə bilməcəyimizi görə bildik".
