26 iyun 2014 00:01
Qyoko Hacıyevski: Neftçiyə azarkeşlik edəcəm
Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən “Neftçi” üçüncü yoxlama oyununda Səudiyyə Ərəbistanının “Al Kadisiya” klubuna 3:1 hesabı ilə qalib gəlib. Azerisport.az xəbər verir ki, görüşdən sonra rəqib komandanın baş məşqçisi Qyoko Haciyevski "Neftçi"nin rəsmi saytına açıqlama verib:
“Yoxlama oyunları komandanın yaxşı və pis tərəflərini görmək baxımından əhəmiyyətli olur. “Neftçi” güclü komandadı. Futbolçuları texnikalı və fiziki baxımdan da hazırlıqlıdılar. Rəqibə Avropa Liqasında uğurlar arzulayıram. Avrokuboklarda “Neftçi”yə və Azərbaycanın digər klublarına azarkeşlik edəcəm”.
