26 iyun 2014 20:00
Qəbələdən ayrıldı, Jetısuya qayıtdı
"Qəbələ"nin sabiq müdafiəçisi Davron Erqaşevin yeni klubu müəyyənləşib. Azerisport.az xəbər verir ki, tacikistanlı futbolçu əvvəlki klubu "Jetısu"ya qayıdıb.
Erqaşev ötən mövsümün sonlarında "Qəbələ"yə gəlsə də, burada cəmi 9 oyuna çıxa bilmiş və Azərbaycan çempionatının bürünc medallarını qazanmışdı. Lakin baş məşqçi Yuri Syominin yerinə gətirilən Dorinel Muntyanu ondan imtina etmişdi.
