26 iyun 2014 18:01
Neftçi Kamerun yığmasının sabiq üzvü ilə güclənə bilər
Azərbaycan Kubokunun qalibi "Neftçi" daha iki futbolçu ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubu Kamerun yığmasının 29 yaşlı sabiq müdafiəçisi Andre Bikey və 24 yaşlı yunanıstanlı Mixail Maniasla maraqlanır.
Bikey karyerası ərzində İngiltərənin "Bernli" və "Midlsbro" klublarında da oynamağa imkan tapıb. Onun son klubu Yunanıstan "Panteolikos"u olub. Manias isə karyerası ərzində elə Yunanıstan klublarında çıxış edib. Hər iki futbolçu "Neftçi"yə təklif olunub və yekun qərar tezliklə bilinməlidi.
