26 iyun 2014 17:53

Xəzər Lənkəran daha iki futbolçunun yolunu gözləyir

Yay təlim məşq toplanışı üçün Türkiyənin Ərzurum vilayətini seçən “Xəzər Lənkəran” iyun ayının 23-dən başlayaraq hazırlığını davam etdirir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, gündə iki dəfə olmaqla keçirilən daha çox fiziki yönümlü məşqlərdə hazırda 21 futbolçu iştirak edir.

Onlardan ikisi - Bayram Budaqov və bolqar yarımmüdafiəçi Qalin İvanov baxışdadılar. Yaxın günlərdə klubun seleksiyaçı-məşqçisi Mario Souzanın mövsüm boyu izlədiyi futbolçulardan daha ikisi düşərgəyə gələcək ki, bütün baxışa gələn futbolçular haqqında son qərarı baş məşqçi Oğuz Çətin verəcək.

“Xəzər Lənkəran"ın Ərzurum toplanışı qardaş ölkənin mediasının da diqqət mərkəzindədi. Artıq Türkiyənin “İhlas”, ”Anadolu Ajans”, ”Doğan Haber” kimi tanınmış agentlikləri və TRT kanalı komandanın düşərgəsində olaraq süjet hazırlayıblar. Ərzurumda yeni inşa olunan təlim-məşq bazasına ilk olaraq “Xəzər Lənkəran”ın gəlişi xüsusi olaraq qabardılır. Komanda iyul ayının 6-na qədər Ərzurum toplanışını davam etdirib daha sonra ikinci hazırlıq dönəmi üçün Sloveniyaya yola düşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.