26 iyun 2014 17:09
Azərbaycan yığmasının üzvü Vilyarreala keçir
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Kazım Birkan karyerasını İspaniyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, gənc xavbek "Vilyarreal"dan təklif alıb.
Türkiyənin "Qaziosmanpaşa" klubunda çıxış edən futbolçuya Azərbaycandan da təkliflər var. Amma o, "Vilyarreal"a keçməkdə maraqlıdı.
Hazırda danışıqlar davam edir. Maliyyə məsələsində də razılığa gəlinsə, tərəflərin tezliklə müqavilə imzalaması gözlənilir.
