Qəbələ Maribora qalib gəldi
Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Dorinel Muntyanu komandasını yerli "Maribor"la görüşdə sınayıb.
Qeyd edək ki, "Maribor" son Sloveniya çempionudu. Bu komanda ilə görüşə "Qəbələ" aşağıdakı start heyətlə çıxıb: Kamran Ağayev, Ruslan Tağızadə, Vladimir Levin, Rafael Santos, Elnur Allahverdiyev, Ruslan Abışov, Adrian Ropotan, Dodo, Nizami Hacıyev, Elvin Camalov, Viktor Mendi.
Qarşılaşmanın taleyini bir qol həll edib. Rafael Santosun 14-cü dəqiqədə vurduğu qol "Qəbələ"yə minimal hesablı qələbə qazandırıb.
Xatırladaq ki, "Qəbələ" daha öncə yerli "Stoynitsa"ya 1:0 hesabıyla qalib gəlmiş, digər Sloveniya təmsilçisi "Koper"ə eyni hesabla məğlub olmuşdu.
Yoxlama oyunu
26 iyun
Qəbələ - Maribor - 1:0
Qol: Rafael Santos.
