26 iyun 2014 16:30
Qəbələ İnterdən iki saat tez oynayacaq
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" və Bosniyanın "Şiroki Briyeq" klubları arasındakı ilk oyunun keçirilmə vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu komandalar arasındakı ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.
İyulun 3-də baş tutacaq oyun Bakı vaxti ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, eyni gündə meydana çıxacaq digər təmsilçimiz "İnter"in Moldova "Tiraspol"u ilə görüşü isə Tiraspoldakı "Şerif" stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
