26 iyun 2014 16:00
Valletta - Qarabağ matçının vaxtı bəlli oldu
Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Maltanın "Valetta" klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, artıq bu komandalar arasındakı ilk oyunun keçirilmə vaxtı bəllidi.
Belə ki, "Valetta" - "Qarabağ" oyunu iyulun 15-də Maltadakı "Ta Qali" stadionunda baş tutacaq. Oyun yerli vaxtla saat 18:30-da, Bakı vaxtı ilə isə saat 21:30-da başlayacaq. (klub saytı)
