26 iyun 2014 15:51
Muarrem: Vallettanın Bakıda qəhrəman olmasına imkan verməyəcəyik
"Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarrem Muarrem Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Malta "Valletta"sı ilə oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Valletta" ilə təkcə məşqçilərimiz maraqlanmır. Məsələn, mən özüm də bu komandanın zəif yerlərini tapmağa çalışıram. Çünki sabah oyun zamanı mənə, komanda yoldaşlarıma faydalı ola bilər. Bu komanda ilə oyunlar həm də mənim üçün bir şansdı. Özümü sübut edib, əsas heyətdə yer almaq istəyirəm. Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi. Bunu gerçəkləşdirmək üçün maksimum güc sərf edəcəm. "Valletta" öz ölkəsində qəhrəman ola bilər. Amma biz onların Bakıda qəhrəman olmasına imkan verməyəcəyik".
