26 iyun 2014 15:45

Andrey Kristea: Bunun bəhrəsini gələn həftə görəcəyik

"Qəbələ"nin yeni transferi Andrey Kristeanın azerisport.az saytına müsahibəsi

- "Qəbələ"ni Avropa Liqasında Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə duel gözləyir...
- Bu barədə çox danışmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, "Şiroki Briyeq" ciddi rəqibdi. Hər şeyə gələn həftə aydınlıq gələcək.

- "Qəbələ" Avropa Liqasında ilk dəfə çıxış edəcək. Buna baxmayaraq, debütdəki uğursuzluq faciə sayılacaq?
- Mən futbola fərqli baxıram. Burada hər şey baş verə bilər. Amma unutmamalıyıq ki, faciə ancaq müharibələrdə olur. Biz isə müharibə etmirik. Bu, futboldu. Oyuna yaxşı hazırlaşırıq. Bunun bəhrəsini gələn həftə görəcəyik.

- Vaxtilə Buxarest "Dinamo"sunda, "Styaua"da, Almaniya "Karlsrue"sində çıxış etmisiz. "Qəbələ"ni nə əcəb seçdiniz?
- Dorinel Muntyanu məni öz komandasında görmək istəyirdi. Söhbətləşdik, razılaşdıq və Azərbaycanda oynamağa qərar verdim. Ölkənizdə futbol yaxşı səviyyədədi. "Qəbələ" növbəti mövsümdə əvvəlkindən də yaxşı çıxış edəcək.

- Muntyanu barədə nə deyə bilərsiz?
- O, hazırda Rumıniyanın hazırda ən yaxşı məşqçilərindən biridi. Bizdə ona hər kəs hörmət edir. Muntyanu "Dinamo", "Styaua" kimi komandalarla mübarizədə "Otselul"u çempion etmişdi. Rumıniyada bu, sensasiya hesab olunurdu. Məhz həmin qələbədən sonra "Otselul"a da maraq artdı. Bunun da əsas səbəbkarı Muntyanu idi.

- O, sizi "Qəbələ"yə dəvət edərkən nə dedi?
- Bildirdi ki, "Qəbələ" ölkənin ən yaxşı klublarından biridi. Yeni komandasında ona kömək etməyimi istədi. Ona görə də gəldim.

- Heyətdə sizdən başqa da rumıniyalı futbolçular var: Adrian Ropotan, Kristian Pulhak...
- Onlar əla futbolçulardı. Necə futbol oynadıqlarını bilirəm. Pulhakla "Dinamo"da birgə çıxış etmişik. İnanıram ki, onlarla birgə "Qəbələ"də əla kollektiv yarada biləcəyik. Biz növbəti mövsümdə ən yüksək yerlərdən birini tutmalıyıq.

- Azərbaycan futbolu və futbolçuları barədə məlumatınız var idi?
- "Xəzər Lənkəran"da çıxış edən Adrian Skarlatakeni tanıyıram.

- Onunla bizim futbol barədə danışmısız?
- Əlbəttə. O, Azərbaycan futbolunu və ölkənizi təriflədi. Mənim bu ölkəyə gəlməyimdə onun da xidməti oldu.

- Azərbaycan və Rumıniya yığmaları arasındakı oyunları xatırlayırsız?
- Bəli. 1995-ci ildə biz 4:1 hesabıyla qalib gəlmişdik. 1999-cu ildə isə 4:0 hesabıyla üstün olmuşduq. Həmin vaxt 15 yaşım vardı. Həmin oyunu da yaxşı xatırlayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.