26 iyun 2014 14:54
Syominin klubu Qəbələnin sabiq oyunçusu ilə müqavilə imzaladı
"Qəbələ" və "İnter"in sabiq müdafiəçisi İbrahima Niassenin Rusiyanın "Mordoviya" klubuna keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, onunla iki illik müqavilə imzalanıb.
Bu barədə Rusiya Premyer Liqasının debütanı olacaq klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Niasse son mövsümü məhz Yuri Syominin rəhbərliyi altında "Qəbələ"də keçirmişdi. 2011/12 və 2012/13 mövsümlərində isə bu futbolçu Bakı "İnter"ində çıxış etmişdi.
