26 iyun 2014 13:55
Andrey Kristea: Şiroki Briyeq ciddi rəqibdi
"Qəbələ"nin rumıniyalı hücumçusu Andrey Kristea Avropa Liqasındakı rəqibləri - Bosniya "Şiroki Briyeq"i haqda fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ ki, yeni komandama uyğunlaşmağa çalışıram. Xüsusi diskomfort hiss etdiyimi deməzdim. Hazırlıq yaxşı keçir. "Qəbələ"ni Avropa Liqasında debüt gözləyir. Debütdə uğur qazanmaq istəyirik. Amma bizə ciddi rəqib - "Şiroki Briyeq "düşüb. Əlimizdən gələni edəcəyik ki, klubumuzun bütün tərəfdarlarını sevindirək".
