26 iyun 2014 01:35
AZAL yeni mövsümə belə hazırlaşır
AZAL yeni mövsümə hazırlığı davam etdirir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, komanda gündə 1 dəfə olmaqla “AZAL Arena”da məşqə çıxır.
Hələ ki hazırlıqda fiziki təmrinlər üstünlük təşkil edir. Amma toplu çalışmalara da yer ayrılır. “Təyyarəçilər” iyunun 28-də Azərbaycan tələbələr yığma komandasına qarşı keçiriləcək oyuna qədər 2 gün də bu yüklənmə ilə çalışacaq.
Qeyd edək ki, məşqlərdə komandanın bütün üzvləri iştirak edir. İznli olan və uzun yol yorğunluğuna görə ötən gün istirahət edən Con Oluremi bugündən hazırlığa start verəcək.
