26 iyun 2014 13:25
Qəbələ ötən mövsümün ən yaxşılarını qəbul edəcək
Azərbaycan Superkuboku uğrunda oyunun keçiriləcəyi tarix və yer məlumdu. Azerisport.az xəbər verir ki, Superkubok uğrunda oyunda ötən mövsüm Topaz Premyer Liqasında çempion olmuş Ağdamın “Qarabağ” klubu ilə Azərbaycan kubokunun qalibi Bakının “Neftçi” klubu üz-üzə gələcək.
Superkubok oyunu 13 avqustda Qəbələ şəhər stadionunda keçiriləcək.
Azərbaycan Superkuboku
13 avqust 2014-cü il (çərşənbə)
“Qarabağ” – “Neftçi”
Qəbələ şəhər stadionu.
(PFL)
