26 iyun 2014 01:18
Böyükağa Hacıyev kapitan sarğısını Flavinyoya verdi
Xəbər verdiyimiz kimi, bundan sonra "Neftçi"nin kapitanı Flavinyo olacaq. Azerisport.az xəbər verir ki, kapitanlıq sarğısı ötən gün Türkiyənin Bolu şəhərində Səudiyyə Ərəbistanının "Əl Kadisiya" klubuna qarşı yoxlama oyunu öncəsi şəxsən baş məşqçi Böyükağa Hacıyev tərəfindən braziliyalı futbolçuya təqdim olunub.
Qeyd edək ki, Flavinyo "Neftçi"nin yeni kapitanı kimi ilk matçında komandasının 3:1 hesablı qələbəsinə sevinib.
