Anar Salmanov: UEFA-dan təyinat gözləyirəm
Azərbaycanlı FİFA referisi Anar Salmanov UEFA-dan təyinat gözləyir. Azerisport.az saytına müsahibəsində o, bəyan edib ki, Avropa Liqasının təsnifat mərhələsində bir neçə oyun idarə edəcəyinə ümidlidi:
"2-3-cü təsnifat mərhələsinin oyunlarına təyinat alacağımı gözləyirəm. Hazırlaşıram və UEFA-nın qərarını gözləyirəm".
Salmanov Premyer Liqaya mümkün qayıdışından da danışıb: "Qarşıda bizi toplanış gözləyir. Əgər özümü yaxşı tərəfdən göstərə bilsəm, Premyer Liqa oyunlarına da təyinat ala biləcəm".
FİFA referisi sonda Braziliyada keçirilən Dünya Çempionatındakı hakimliyə də toxunub: "Hakimlər tez-tez səhvlərə yol verirlər. Amma Mişel Platiniyə inansaq, bu, futbolun gözəlliklərindən biridi. Bizim hakimlər belə oyunları idarə etmək üçün elit kateqoriyaya yüksəlməlidi. Fikrimcə, biz buna nail olacaq gücdəyik".
