25 iyun 2014 00:46
İnter bu gün Slovakiya klubu ilə qarşılaşacaq
"İnter"in Avstriyanın Lutzmannsburq qəsəbəsindəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, "bankirlər" bu gün hazırlıq prosesi çərçivəsində növbəti matça çıxacaqlar.
Paytaxt klubu Avstriya vaxtı ilə saat 18:00-da Slovakiyanın "Spartak" (Trnava) komandası ilə qarşılaşacaq. "İnter"in yoxlama oyunlarda üçüncü rəqibi ötən mövsümü 3-cü pillədə başa vurub və Avropa Liqasına vəsiqə əldə edib.
Qeyd edək ki, "İnter" - "Spartak" matçı "Thermenhotel Kurz Lutzmannsburg" otelinin meydançasında baş tutacaq.
