25 iyun 2014 12:22
Reynaldo: Bu, mənim işim deyil
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasını dəyərləndirmək istəməyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Püşkatma və matç barədə danışmaq istəmirəm. Bu, mənim işim deyil. Qurban Qurbanovdan soruşmağınız daha yaxşı olardı".
Qeyd edək ki, "Qarabağ"ın bəxtinə püşk Malta "Valletta"sını çıxarıb.
