25 iyun 2014 12:07

"Biz Böyükağa Hacıyevi onun sözlərinə görə cəzalandırdıq"

Albaniyanın "Skenderbeu" klubunun direktoru Cerard Takayın azerisport.az saytına müsahibəsində Çempionlar Liqasının püşkünü dəyərləndirib.

"Biz BATE ilə düşdük. Belarusun ən güclü və ən məşhur komandasıyla qarşılaşacağıq. Amma mən optimistliyimi saxlayıram. Oynamağa və mərhələ keçməyə çalışacağıq".

Takay həmçinin ötən mövsüm qarşılaşdıqları "Neftçi" ilə oyunları da yada salıb: "Ötən mövsüm bizim üçün çox yaxşı alındı. Biz layiqli rəqibə qalib gəldik və növbəti mərhələyə keçə bildik. Amma sonra bəxtimiz gətirmədi. Əvəzində çox gözəl təcrübə toplamış olduq və daha da güclü olduq".

Klub rəsmisi "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin həmin dövrdəki açıqlamalarını da xatırlayıb. Hansı ki, o, yetirmələrinin Albaniya təmsilçisini keçəcəyinə şübhə etmədiyini vurğulamışdı: "Hələ "Neftçi" ilə ilk oyun öncəsi rəqibin baş məşqçisi məni təəccübləndirmişdi. O, dəfələrlə demişdi ki, "Skenderbeu" "Neftçi"yə rəqib deyil. Hətta Bakıdakı ilk oyundan sonra da fikrini dəyişməmişdi. Amma futbolda özünü belə aparmaq olmaz. Biz onu bu sözlərinə görə cəzalandırdıq. Amma biz sadəcə, "Neftçi"nin baş məşqçisinin dediklərinə görə mərhələ adlamadıq. Bu, bizim hədəfimiz idi və ona da çatdıq".

Albaniya çempionu bu il də Azərbaycan təmsilçisi ilə oynamağın əleyhinə deyilmiş: "Dediyim kimi, artıq bu yöndə müəyyən təcrübəmiz var. Düzünü deyim ki, yenidən Azərbaycan klubu ilə qarşılaşmağa ümidliydim".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.