25 iyun 2014 11:45
"Muntyanu Qəbələyə faydalı olacaq"
Rumıniyanın "Otselul" klubunun sabiq baş məşqçisi və oyunçusu Qabriel Vigilanti Dorinel Muntyanunun "Qəbələ"yə baş məşqçi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Muntyanunu yaxşı tanıyıram. Dörd il onun rəhbərlik etdiyi komandada kapitan olmuşam. Onunla münasibətlərimiz çox yaxşı idi. Hər dərdini mənimlə bölüşərdi. İndi onun hansısa mənfi xarakterinin olub-olmadığını yada salmaq çox çətindi. O, taktikanı çox yaxşı bilir. Əminəm ki, "Qəbələ"yə faydalı olacaq".
