25 iyun 2014 00:03
Platye: Neftçinin Avroliqanın startında uğur qazanacağına inanıram
"Neftçi"nin hücumçusu Melvin Platye Avropa Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqiblərini dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, Avroliqanın ilk təsnifat mərhələsində üz-üzə gələcək "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro) cütü ilə bağlı bunları söyləyib:
"Avroliqaya hazırlıq öz axarıyla davam edir. Gürcüstanın "Çixura" klubu ilə yoxlama oyunlarında qələbə qazana bilməməyimizə xüsusi fikir vermirik. Əsas rəsmi oyunlara tam hazır olmaqdı. Hələ Avroliqadakı rəqibimizin kim olacağını bilmirik. Amma kollektiv olaraq uğura inanırıq. Cütün taleyinə elə ilk oyunda aydınlıq gətirməyə çalışmalıyıq. Şəxsən mən Avroliqanın startında uğura inanıram".
