25 iyun 2014 11:12
Branimir Subaşiç: Bucaspora keçməyəcəm
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu, Türkiyənin "Orduspor" klubunun forvardı Branimir Subaşiç "Bucaspor"a keçəcəyinə dair xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim "Orduspor"la müqaviləm var. Həm də klubun mənə dörd aylıq borcu var. Azərbaycan Premyer Liqasında oynamaq variantım da var. Yaxın günlərdə hər şeyə aydınlıq gəlməlidi. "Bucaspor"a keçməyəcəm".
