25 iyun 2014 11:01
Otselulun qapıçısı Qəbələni istəyir
Rumıniyanın "Otselul" klubunun sabiq qapıçısı Zdenek Baotiç Dorinel Muntyanunun "Qəbələ"yə baş məşqçi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Muntyanunu həm yaxşı insan, həm də yaxşı məşqçi kimi tanıyıram. "Otselul"da oynayanda o, mənə çox yardımçı olub. Mən bu komandadan rəhbərliklə problemim olduğuna görə ayrılmışam. Muntyanu iləsə həmişə yaxşı münasibətlərim olub. Əgər Muntyanunun telefon nömrəsini tapsam, məmnuniyyətlə onun komandasında oynamağı müzakirə edərəm. "Ayntraxt"a keçməliydim, amma sənədlərlə bağlı problem yarandı. Mənim "Bakı"nın baş məşqçisi Milinko Pantiçlə də yaxşı münasibətlərim var".
