25 iyun 2014 17:43

Flavinyo: Bu, məsuliyyətimi daha da artırır

"Neftçi”nin yarımmüdafiəçisi Flavinyo klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu kapitan seçilməsi ilə bağlı fikirlərini bildirib:

“Artıq 5-ci mövsümdü ki, “Neftçi”də çıxış edirəm. Bu müddət ərzində “Neftçi”də yalnız azərbaycanlı futbolçuların kapitanlıq sarğısını daşıdığını görmüşəm. Yəni kapitanlıq sarğısı həmişə yerli futbolçularda olub. Son illərdə bu məsuliyyətin həvalə olunduğu ilk əcnəbi futbolçuyam. Əslində, özümü heç də əcnəbi saymıram, artıq 5-ci ildir Azərbaycandayam və özümü bu ölkənin bir vətəndaşı, bir parçası kimi hiss eləyirəm. Azərbaycan mənə doğmadır. Kapitanlıq sarğısını daşımaq mənə göstərilən böyük etimaddır. Bu mənim məsuliyyətimi daha da artırır. Kapitan necə olmalıdırsa, elə olmağa çalışacağam. Mənə göstərilən etimada görə klub rəhbərliyinə və məşqçilər korpusuna təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam. “Neftçi”nin kapitanı kimi Avroliqada uğurlu çıxış edib qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunun tarixinə düşmək istəyirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.