25 iyun 2014 17:25

Saşa Stamenkoviç: Koper Çelikdən daha güclüdü, onlarla qarşılaşacağıq

"Neftçi"nin qapıçısı Saşa Stamenkoviçin azerisport.az saytına müsahibəsi

- Püşkatmanı necə qiymətləndirirsiz?
- Əgər Sloveniya "Koper"i Monteneqro "Çelik"inə qalib gəlsə, bizə bu komanda ilə oynamaq çətin olacaq. Hər iki komanda mənə tanışdı. Şəxsən mən "Çelik"lə düşməyimizi istərdim.

- İlk oyunu evdə keçirməli olacaqsız...
- Fikrimcə, bu, bizim üçün üstünlükdü. Yaxşı dəstək sayəsində qələbə qazana bilərik. Çernoqoriya klubu ötən il qarşılaşdığımız "Skenderbeu" kimidi. Hamı bizim keçəcəyimizi düşünürdü, amma əksinə oldu. Ümid edirəm ki, bu mövsüm eyni aqibətlə üzləşməcəyik.

- Bəs "Koper"?
- Onların "Crvena Zvezda"yla yoxlama oyununu izləmişəm. Serbiya klubu qələbə qazandı, amma sloveniyalılar da öz gücünü göstərdi. 99 faizlik ehtimalla "Koper" mərhələ adlayacaq və biz onlarla qarşılaşacağıq. Amma istənilən halda indi zəif rəqib yoxdu. Bunu dünya çempionatında görmək olur. Kosta Rikadan, Çilidən kim belə çıxış gözləyərdi?

- Mahir Şükürovla Rəşad Sadiqovun gedişindən sonra komandada daha çox gənc futbolçular qalıb. Bu gənclərlə uğur qazana biləcəksiz?
- Avrokuboklarda legioner limiti yoxdu. Digər tərəfdən o gənclərin yanında kifayət qədər təcrübəli legionerlər var. "Neftçi"nin bu heyətlə heç nəyə nail ola bilməyəcəyini düşünənlər yanılırlar. Qoy heç kim narahat olmasın, bizim əla heyətimiz var və uğur qazana biləcək gücdəyik.

- "Neftçi" "Çixura"ya iki yoxlama matçında qalib gələ bilmədi. Bu, sizə mənfi təsir etmir ki?
- Yoxlama oyunlarını güclü yüklənmə fonunda keçiririk. Bu, hazırlıq dönəmidi və nəticə önəmli deyil. Hər iki oyunda da komandamızın üzvləri, gənclər özlərini yaxşı tərəfdən göstəriblər.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.