25 iyun 2014 16:45
"Əminəm ki, Qalinov Xəzər Lənkərana faydalı olacaq"
Bolqarıstanın "Slaviya" klubunun oyunçusu İvan Qalinov "Xəzər Lənkəran"a keçə bilər. Bu barədə azerisport.az saytına sözügedən futbolçunun meneceri Tadey Apatiç məlumat verib:
"İvan mənim yaxşı dostumdu. Onun həyatında olan hər şeydən xəbərim var. Yaxşı oğlan, yaxşı futbolçudu. Bilirəm ki, "Slaviya"da qalmayacaq. Amma getməsini də istəməzdim. İvan "Xəzər Lənkəran"dan təklif aldığını mənə də deyib. Əminəm ki, o, Azərbaycan komandasına faydalı olacaq".
