25 iyun 2014 16:25
Şiroki Briyeq Bakıya gəlmək istəmir
Avropa Liqasında "Qəbələ"nin rəqibi olan Bosniya "Şiroki Briyeq"i böyük ehtimalla Bakıya gəlməyəcək. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi birbaşa Qəbələyə gəlmək niyyətindədi.
Bunun üçün də Bosniya klubunun başbilənləri çarter reysi tutmağı düşünürlər. Qəbələ şəhərində aeroportun olması bosniyalıları əlavə vaxt itkisinə yol verməməyə sövq edib.
Qeyd edək ki, ilk oyun iyulun 3-də Qəbələdə keçiriləcək.
