25 iyun 2014 16:11
Berti Foqts: Mən məşqçi deyiləm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-də çıxış edən ABŞ millisindəki fəaliyyətindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən bu komandada məşqçi deyiləm. Mümkündü ki, hərdən Yurgen Klinsmanın mənə rəqiblərlə bağlı xüsusi sualı yaransın. Belə olanda mən ona ətraflı məlumat verirəm. ABŞ yığmasındakı işim bundan ibarətdi".
