25 iyun 2014 14:00
Dvalaşvili İnterə mümkün keçidindən danışdı
Polşanın "Legiya" klubunun hücumçusu Vladimir Dvalişvili "İnter"ə mümkün keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Legiya"nın prezidentinin məni buraxa biləcəklərinə dair açıqlamasından xəbərim var. Amma hələ dəqiq heç nə deyə bilmərəm. "İnter"in təklifinə gəlincə, heç nəyə aydınlıq gəlməyib. Konkret nəsə deyə bilmərəm. Hər şeyin necə alınacağını zaman göstərəcək".
