25 iyun 2014 13:30
Millimiz ilk oyunda məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Tackistan komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.
Komandamızın qolunu Emil Əliyev vurub.
Futbolçularımız turnirdə növbəti oyununu iyunun 27-da, Bakı vaxtı ilə saat 15:00-da İspaniya yığmasına qarşı keçirəcək. (AFFA)
