25 iyun 2014 13:17
İnter Gürcüstan millisinin hücumçusu ilə güclənir
"İnter" Gürcüstan yığmasının hücumçusu ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, söhbət Vladimir Dvalaşvilidən gedir.
Artıq paytaxt klubunun məşqçilər korpusu rəhbərlikdən bu futbolçunu transfer etməyi xahiş ediblər. Hazırda bu futbolçu Polşa "Legiya"sında çıxış edir. Dvalaşvilinin avrokubokların startına qədər "İnter"ə keçməsi gözlənilir.
Qeyd edək ki, 28 yaşlı futbolçu ilə əvvəllər Azərbaycanın digər klublarının - "Qarabağ" və "Bakı"nın da maraqlandığı bildirilirdi.
