25 iyun 2014 01:13

"İnter Tiraspolu keçməyə borcludu"

"İnter"in direktoru Natiq Məmmədovun azerisport.az saytına müsahibəsi

- Avroliqanın püşkü sizin bəxtinizə Moldova "Tiraspol"unu çıxardı...
- Bizi bu komanda ilə maraqlı oyunlar gözləyir. Görürəm, Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlmək üçün yaxşı şansımız yaranıb. Biz bu rəqibi keçməyə borcluyuq. İnanıram ki, "Tiraspol"a qalib gələ biləcəyik.

- Deməli, "İnter"i cütün favoriti hesab edirsiz?
- Bəli. Mənim fikrimcə, komandamız bu rəqibindən daha güclüdü.

- Püşklə əlaqədar məşqçilər korpusu ilə söhbətiniz olub?
- Bəli. Məşqçilər korpusu demək olar ki, rəqibimizin Moldovadan olmasına fikir vermədilər. Bunu sakit qarşıladılar.

- Ötən mövsüm "İnter" yalnız bir mərhələ keçə bilmişdi. Bu mövsüm üçün qarşınızdakı hədəf nədi?
- Bu dəfə iki mərhələ keçməliyik! Son illər "İnter" ilk turu problemsiz keçir. Ötən mövsüm bizim "Tromse" ilə oyunlarda bəxtimiz gətirmədi. Allah eləsin ki, bu dəfə eyni aqibətlə üzləşməyək.

- İlk oyunun səfərdə olması sizə sərf edir?
- Əlbəttə. Məncə, istənilən futbol adamı belə pley-off oyunlarında ilk matçın səfərdə keçirilməsini müsbət qarşılayar. Bu, "İnter" üçün üstünlükdü.

- Tiraspola necə getməyi düşünürsüz?
- Hazırda elə bu məsələni müzakirə edirik. 27-də Bakıya qayıdıb, oradan da gedə bilərik, birbaşa Avstriyadan da. Öncə Kişinyova gedəcəyik, oradan da 35 dəqiqəlik avtobus yolu ilə Tiraspola.

- Moldova klubunu keçsəz, İsveç "Elfsborq"una rəqib olacaqsız...
- Ötən il iki dəfə Skandinaviya təmsilçisi ilə üz-üzə gəldik. Bu dəfə də vikinqlər rəqibimiz ola bilər. "Tiraspol"u keçsək, çalışacağıq ki, "Elfsborq"la oyunlarda da uğur qazanaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.