25 iyun 2014 13:02
Bolqarıstanlı yarımmüdafiəçi XL-də
Bolqarıstanın "Slaviya" klubunun sabiq yarımmüdafiəçisi Qalin İvanov "Xəzər Lənkəran"a keçməyə yaxındı. Azerisport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
26 yaşlı xavbekə "Levski"dən də təklif gəlib. Lakin o, daha sərfəli şərtlər irəli sürən "Xəzər Lənkəran"a keçməkdə maraqlıdı. Verilən məlumata görə, İvanov artıq cənubluların Türkiyədəki düşərgəsinə yollanıb. Orada baxışda olacaq futbolçu özünü yaxşı tərəfdən göstərəcəyi halda, onunla müqavilə imzalanacaq.
