26 iyun 2014 00:56
İnter Spartaka məğlub oldu
"İnter"in Avstriyanın Lutzmannsburq qəsəbəsindəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, "bankirlər" ötən gecə hazırlıq prosesi çərçivəsində növbəti matçına çıxıb.
Paytaxt klubu bu dəfə Slovakiya "Spartak"ı (Trnava) ilə qarşılaşıb. "İnter"in yoxlama oyunlarda üçüncü rəqibi ötən mövsümü 3-cü pillədə başa vurub və Avropa Liqasına vəsiqə əldə edib. Bakılılar bu komanda ilə görüşdən məğlub ayrılıblar.
Xatırladaq ki, "İnter" ilk yoxlama matçında yerli "Buxşaxen"ə 5:0, ardından digər Avstriya klubu "Şturm"a (Qrats) 3:2 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
25 iyun
İnter - Spartak - 1:2
