24 iyun 2014 12:34
"İnterin büdcəsi bizimkindən yüksəkdi, amma meydanda pul oynamır"
Moldovanın "Tiraspol" klubunun yarımmüdafiəçisi Sergey Şapoval Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibləri olan Bakı "İnter"indən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Fikrimcə, bu cütdə favorit yoxdu. Bilirəm ki, "İnter" mütəmadi olaraq avrokuboklarda çıxış edir. Onlarla mübarizə aparmaq maraqlı olacaq. Düzdü, Azərbaycan klubunun büdcəsi bizimkindən daha yüksəkdi. Amma meydanda pul yox, futbolçular oynayır. Artıq bu oyunun hazırlığına köklənmişik. Keyfiyyətli futbol nümayiş etdirə bilsək, qalib gələ bilərik".
