24 iyun 2014 12:12
"Yaxşı ki, Qəbələ ilə cavab matçını evdə keçirəcəyik"
Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubunun baş məşqçisi Slaven Musa Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibləri olan "Qəbələ" barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz uzun yolçuluqdan qaçmaq istəyirdik. "Qəbələ" bizim üçün tanış olmayan rəqibdi. Yaxşı ki, cavab matçını evdə keçirəcəyik. Azərbaycandan olan rəqibimizi hər iki oyunda məğlub etməyə çalışacağıq".
