24 iyun 2014 11:56
Vallettanın baş məşqçisi: Qarabağ çətin rəqibdi
Maltanın "Valletta" klubunun baş məşqçisi Gilbert Acius UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Azərbaycan çempionu "Qarabağ"ı dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" çətin rəqibdi. Azərbaycan futbolunu izləyirəm. Çünki az qala hər komanda barədə məlumatım olmalıdı. Bu, mənim məşqçilik borcumdu. Onu deyim ki, bu ölkədə futbol sürətlə inkişaf edir. Bu sahəyə böyük pulların yatırılması sözünü deyir. Bizi uzun və yorucu səfər gözləyir. Amma bu, futboldu". (UEFA)
