24 iyun 2014 11:45
İnter Nildonu transfer edə bilmədi
Avstriyada toplanışı davam etdirən Bakının "İnter" klubu "Xəzər Lənkəran"ın futbolçusu Franko Nildoyla maraqlanıb. Azerisport.az xəbər verir ki, "bankirlər" Nildonu heyətə cəlb etmək istəyib.
Futbolçunun müqaviləylə məxsus olduğu cənubluların şərtləri "İnter"i razı salmayıb. Komanda hücumçu axtarışını xaricdə davam etdirir.
