24 iyun 2014 11:34
Qəbələ Ruslan Abışovla bağlı Rubinlə razılığa gəldi
Rusiyanın "Rubin" klubunun rəhbərliyi yığmamızın müdafiəçisi Ruslan Abışovun Azərbaycana qayıtmasına razılıq verib. Azerisport.az xəbər verir ki, ötən gün Abışovun nümayəndəsiylə Kazan təmsilçisinin rəsmiləri arasında görüş olub.
"Rubin" Ruslanın 6 ay müddətində "Qəbələ" də çıxış etməsinə razılıq verib. Futbolçu hazırda yeni komandasıyla birgə təlim məşq toplanışındadı.
Qeyd edək ki, artıq Qəbələ Abışovun transfer müqaviləsini UEFA-ya göndərib.
