24 iyun 2014 18:47
Dneprin forvardı: Xəzər Lənkəranda oynamaq istəyirəm
Ukraynanın "Dnepr" klubunun hücumçusu Bayram Budaqov Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın düşərgəsinə gəlib. Azerisport.az xəbər verir ki, gənc futbolçu vaxtilə Azərbaycanın U-19 və U-21 yığmalarında çıxış edib, qollar vurub.
Saytımıza açıqlamasında o, "Xəzər Lənkəran"da oynamaq istəyini gizlətməyib: "Dnepr"in əvəzedici komandasında çıxış edirdim. Amma onların məni əsas komandaya cəlb etmək fikri yox idi. Buna görə də başqa kluba keçməyə qərar verdim. Menecerlər vasitəsilə "Xəzər Lənkəran"a gəldim. Artıq iki gündü ki, buradayam. Hələ baş məşqçi ilə söhbətim olmayıb. Özümü yaxşı tərəfdən göstərib, bu komandada qalmaq istəyirəm".
