24 iyun 2014 18:15
"Qarabağdan qorxmuruq"
Maltanın "Valletta" klubunun yarımmüdafiəçisi Hamza Barri Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan "Qarabağ" barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibimizdən qorxmuruq. Biz də futbol oynaya bilirik. Yaxşı komandamız var. Bu mərhələni keçə bilərik".
