24 iyun 2014 17:45
Qəbələnin rəqibi ciddi itki ilə üzləşdi
"Qəbələ"nin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi olan Bosniyanın "Şiroki Briyeq" komandası ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın bombardiri Kresimir Kordiç komandadan ayrılmağa qərar verib:
"Mən dünənə qədər başqa komandaya keçəcəyimi bilmirdim. "Qəbələ" ilə oyunu düşünürdüm. Amma həmin oyunda iştirak edə bilməyəcəm. Səhər menecerimlə görüşdüm. "Jrinski" mənə çox yaxşı təklif irəli sürüb. Bu, mənim üçün doğma komandadı. Onların Çempionlar Liqasında iştirak etməsi qərarıma təsir göstərir".
