Çervenka: İnterə Avroliqada uğurlar arzulayıram
Xəbər verdiyimiz kimi, dünən "İnter"in keçmiş futbolçusu Bronislav Çervenka paytaxt klubunun Avstriyadakı düşərgəsinə baş çəkib. Azerisport.az xəbər verir ki, çex futbolçu komandaya baş çəkməsi ilə bağlı klub saytına danışıb:
"İnter”in harada toplanış keçirəcəyini bilirdim. Boş vaxt tapdım və maşınımla toplanış yerinə gəldim. Komandadakı keçmiş yoldaşlarımı yenidən görmək xoş idi. Klubun prezidenti Georgi Nikolovla və baş məşqçi Kaxaber Sxadadeylə görüşüb söhbətləşmək imkanım da oldu.
Bəli, 2 il öncə “İnter”in sıralarını tərk etmişəm, amma indiyədək komandanın fəaliyyətilə maraqlanıram. Bilirəm ki, tezliklə komandanı Avropa Liqasında iştirak gözləyir və “İnter”ə qarşıdakı oyunlarda uğurlar arzulamaq istərdim! Komandanın mümkün qədər çox mərhələ keçməsini arzulayıram".
Qeyd edək ki, çex futbolçu “İnter”in heyətində 2007-ci ildən 2012-ci ilədək çıxış etmişdi. (klub saytı)
